Millimiz Latviya ilə qarşılaşacaq

Tarix: 19:43 27.05.2025
"3x3 basketbol üzrə qadın millimiz qrupda güclü rəqiblərə qarşı mübarizə aparıb. Əsas olan qrupdan çıxmaq idi və millimiz bunu bacarıb. Bu mənada, qrupdakı çıxışımızı normal qiymətləndirmək olar".
Bu sözləri idman jurnalisti Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, Latviya millisi hündür və fiziki cəhətdən güclü xanım basketbolçulardan təşkil olunub:
“Millimiz bir neçə gün əvvəl Dünya Kubokunun təsnifat qrup oyununda Latviyaya məğlub olub. Belə olduqda fiziki cəhətdən daha hazır olmalıyıq. Milli komandamız bu mərhələdə qalib gəlmək üçün mümkün qədər sürətli oynamalı və uzaq məsafədən atışlara cəhd etməlidir. Bu təqdirdə Latviya üzərində qələbə qazanmaq mümkün olar".
Zəhra Möhübbətova