Çində partlayış

Tarix: 22:21 27.05.2025
Çinin şərqində yerləşən Şandun vilayətindəki kimyəvi zavodda çərşənbə axşamı günorta saatlarında baş verən güclü partlayış nəticəsində azı 5 nəfər həlak olub, 19 nəfər isə yaralanıb. Bu barədə dövlət televiziyası CCTV məlumat yayıb. Hadisə zamanı əlavə olaraq 6 nəfərin itkin düşdüyü bildirilib.
Yerli sakinin paylaşdığı videoya görə, partlayışın gücü o qədər böyük olub ki, hadisə yerindən təxminən 3 kilometr uzaqda yerləşən anbarın pəncərələri qırılıb. Şəxsi təhlükəsizlik səbəbilə adını açıqlamaq istəməyən həmin sakin bildirib ki, evləri sarsılıb və pəncərədən baxanda partlayış yerindən – təxminən 7 kilometr uzaqlıqda – havaya qalxan böyük tüstü sütunu görüb.
Partlayış Veyfanq şəhərindəki sənaye parkında yerləşən "Gaomi Youdao Chemical Co" adlı kimya zavodunda baş verib. Zavod pestisidlər və tibbi kimyəvi maddələr istehsal edir və 500-dən çox işçiyə malikdir.
CCTV-nin məlumatına görə, hadisə yerinə 230-dan artıq yanğınsöndürən və xilasedici qüvvə cəlb olunub.
Associated Press
Gülhüseynova Güllər