Prezident Ərdoğan: Yeni Konstitusiya üzərində işlərə başladıq

Tarix: 22:24 27.05.2025
Prezident Rəcəb Tayyib Ərdoğan yeni konstitusiya ilə bağlı görülən işlər haqqında danışaraq, “Dünən etibarilə 10 hüquqşünas dostumu bu iş üçün təyin etdim. Bu işlə birlikdə yeni konstitusiya hazırlıqlarını aparacağıq”,– deyə bildirib.
Ərdoğan bu fikirləri partiyasının mərkəzi qərargahında keçirilən, Genişləndirilən Vilayət Sədrləri Toplantısında çıxışı zamanı səsləndirib.
Yeni konstitusiya ilə bağlı danışan Ərdoğan, 10 hüquqşünasın bu işə cəlb edildiyini qeyd edərək belə deyib:
“10 hüquqşünas dostumu təyin etdim. Bu işlə birlikdə yeni konstitusiya hazırlıqlarını aparacağıq. Cumhur İttifaqı olaraq, inşallah bu dəfə Parlamentdəki digər siyasi partilərin də iştirakı ilə ortaq bir platformada bir araya gələ biləcəyimizi ümid edirik. Türkiyəni təxminən yarım əsrdir mübarizə apardığı, saysız vətən övladının həyatına son qoyan böyük bir bəladan qurtarmağın ərəfəsindəyik".
Trt haber
Asiman Vəliyeva