İsmayıllıda ağır qəza, sürücü ölüb

Bölmə: Hadisə › ,
Tarix: 10:46 28.05.2025

Mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir hissəsində dayanan ağır tonajlı texnikaya çırpılıb. 

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.