“Qəbələ” futbol akademiyası maliyyə problemlərinə görə bağlanır

Tarix: 23:05 04.07.2025
"Akademiyanın bağlanması ciddi boşluq yaradacaq. O mənada ki, bu region klubudur, Qəbələdə yerləşir, yəni yaxşı infrastruktura malikdir. Xeyli stadionları var, təbiətiçi meydançalardır. İllərdir orda futbolçular yetişir. Bir çox klubun bazası o futbolçular əsasında qurulub".
Bu sözləri “Sportnet.az” saytının baş redaktoru Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ona görə də bu qərar çox gözlənilməz idi:
"Regionlarda futbolçu yetişdirilməsinin zəif olduğu bir dönəmdə belə halın yaşanması həqiqətən də Azərbaycan futboluna ciddi zərbə olacaq. Bu həm də AFFA-nın müəyyənləşdirdiyi inkişaf strategiyasına ziddir. O bu məsələyə müdaxilə etməlidir, çalışmalıdır ki, ölkədə o cür infrastrukturu olan bir Akademiya yaşasın, daha yaxşı vəziyyətə gəlib çıxsın. Nəinki Qəbələdə, hətta bütün regionlarda Akamediyalar yaranmalı, arasında rəqabət olmalıdır. Marağı olan uşaqların futbol bilgisini artırmaq, cəlb etmək üçün belə bir təşəbbüs etmək lazımdır.
Müsahibimizin sözlərinə görə,
Akamediyanın yetişdirdiyi bir çox futbolçu var. Bu gün də "Neftçi", "Sabah", "Qarabağ"da çıxış edirlər:
"Ümumilikdə 50-dən çox 100-dən az futbolçu iştirak edir ki, Azərbaycan klublarında iştirak edirlər. Buna görə də Qəbələ Akamediyası faydalı bir klubdur. Klubun da keçmiş futbolçuları bu qərara məyus olacaqlar, ancaq əllərindən gələn bir şey yoxdur. Çünki bir Akamediyanı 1 il ayaqda saxlamaq üçün 1 milyon manat lazımdır. Bu vəsait məsələsi isə futbolçular, yaxud keçmiş oyunçuların dəstəyi ilə həll olunacaq məsələ deyil. Bu boşluqu doldurmaq üçün sosial aksiyalar keçirə bilərlər, paylaşım və ya müsahibələrlə bu məsələnin həlli, Akademiyanın yaşaması üçün dəstək göstərə bilərlər.
Qəbələnin fərqli cəhəti o idi ki, internat tipli Akademiya idi. Ölkənin fərqli yerlərindən uşaqlar buraya gəlib qalırdılar, dərslərini orda edirdilər, orada gecələyirdilər. 1 milyonluq xərc də məhz bundan ibarət idi".
Zəhra Möhübbətova