Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

Bölmə: Hadisə › ,
Tarix: 22:15 28.05.2025

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həyatını itirib.

 

 

O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb.

Mərhumun qardaşı Sərxan Rüstəmov bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib. Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək.

S. Rüstəmovun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.