Azərbaycan və Avropa Birliyi razılığa gəlib

Bölmə: Siyasət › ,
Tarix: 22:57 28.05.2025

Azərbaycanla Avropa Birliyi (AB) xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Avropa Birliyinin mayın 22-də Brüsseldə keçirilən AB-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclasının yekunları üzrə yayılan bəyanatında deyilir.