HƏMAS daimi atəşkəslə bağlı şərtlərlə razılaşıb

Tarix: 23:15 29.05.2025
HƏMAS ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkoff ilə Qəzzada daimi atəşkəs rejiminin şərtləri barədə razılaşıb.
Mövzu ilə əlaqədar politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr dünyanın ən qaynar ocaqlarından biridir. Uzun müddətdir ki, İsrail Fələstin arasında qarşıdurma öz həllini tapmır.
“Xüsusilə də Qəzzada Həmasla İsrail arasında baş verən qarşıdurmalar pik həddindədir. Artıq İsrailin hərbi kontingenti qəzada təmizlik işi aparır və açıq şəkildə İsrail tərəfi bəyan edir ki, bu əməliyyatlar özünümüdafiə tədbiridir. Ancaq faktlar onu göstərir ki, qəzada aparılan əməliyyatlar beynəlxalq qaydalara, müharibə qanunlarına, insan haqlarına zidd olan bir əməliyyatı, kütləvi şəkildə dinc əhalinin qırılması, qətlə yetirilməsi faktları var. Ümumilikdə İsrail qəzada
hərbi kontingentini bəhanə edərək orada təmizlik əməliyyatı aparır və açıq şəkildə humanitar yardımın ora girməsinə mane olub. Bu faktlar var və beynəlxalq ictimaiyyət də bu cür prosesə baxır və İsrail isə öz mövqeyindən geri çəkilmir. Bu ad altında İsrail öz torpaqlarını genişləndirməkdədir. Beynəlxalq ictimaiyyətin təzyiqinə baxmayaraq, İsrail öz mövqeyindən geri çəkilmir. Bununla əlaqədar bildiyiniz kimi, dünyanın siyasi arenasında ABŞ söz sahibidir və ABŞ-də açıq şəkildə son vaxtlar İsrailin baş nazirinə öz mövqeyini bildirir ki, həmasla bir danışığa gəlsin. Açığı, həmasla deputatlar arasında ortaq bir variantın gəlməsi, bölgədə stabilliyin yaranacağına bir qədər ümidlər azdır. Ona görə ki, bu proseslərdə söz sahibi İsraildir və İsrailin də dünyada gedən siyasi proseslərə təsir etmək gücünə malikdir. Bəli, atəşkəs olarsa, humanitar yardımlara yol açılarsa, bu, insanlıq baxımından alqışlanmalıdır. O ki qaldı o proseslərə İranın müdaxiləsi, son vaxtlar İran Yaxın Şərqdə gedən proseslərə müdaxilə etmək gücündə deyil. Biz bunu Suriyada gedən proseslərdə gördük. Düzdür, İran Həmas kimi təşkilatlara dəstək versə də, bu dəstək problemin həlli deyil, sadəcə qızışdırmaqdər və sonlandırmaq anlamı gətirmir. Ümumilikdə İsrail Fələstin problemi öz həllini tapmır. Amma əgər bu gün ABŞ və Həmas arasında dialoq başlayırsa və atəşkəsin əldə edilməsi üçün razılığa gələrsə, hesab edirəm ki, ABŞ rəhbərliyi İsrail dövlətinə təzyiq etmək gücünə malikdir. Ancaq bu görüntü xarakteri daşımamalıdır. Lakin proseslərin gedişi onu göstərir ki, Yaxın Şərqdə gedən proseslər, ABŞ görüntü xarakterli sülh missiyasını göstərmək istəyir. Amma məsələnin köklü həlli real görünmür”.
Asiman Vəliyeva