“Beynəlxalq aeroport” statusu

Tarix: 23:09 28.05.2025
Azərbaycanın Baş Naziri Əli Əsədovun mayın 26-da imzaladığı sərəncamla Laçın hava limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.Laçın Beynəlxalq Hava Limanının rayonda turizm və ticarətin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Ərdoğan Füzuli və Zəngilan hava limanlarının da açılışını edib. Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da prezident Ərdoğan və Əliyevin iştirakı ilə istifadəyə verilib.
Ərdoğan və Əliyev 20 oktyabr 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışını da ediblər.
Mənbə:Haber global
Mahmudlu Ləman