Təhlükəsizlik kameralarını sındıran yeniyetmələr saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 13:04 29.05.2025

Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

 

"Əməli törədən dörd yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".