Kanadada yanğınlara görə 20 mindən çox insan təxliyə edilib

Tarix: 20:15 29.05.2025
Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərinin 20 mindən çox sakini meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
“İnformator.az" xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə, meşə yanğınları ən çox Manitobaya təsir edib, burada 17 min insanın, o cümlədən Flin Flon şəhərinin və onun ətrafının 6 min sakininin təxliyəsi barədə göstəriş verilib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.