ABŞ-də parkda silahlı hücum: 3-ü ağır olmaqla 7 nəfər yaralanıb

Tarix: 13:53 30.05.2025
ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatında parkda baş vermiş silahlı hücum nəticəsində 3-ü ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.
Ştat polisinin verdiyi məlumata görə, Vaşinqtonun Leykvud (Lakewood) şəhərində yerləşən Harry Todd Parkında baş verən silahlı hücum zamanı 7 nəfər güllə yarası alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.
Fox 13 Seattle kanalının xəbərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağırdır.
Leykvud polis serjantı Çarlz Porche yerli KOMO-TV-yə açıqlamasında hadisə yerinə çatdıqları zaman “çox təşvişli bir mənzərə” ilə qarşılaşdıqlarını deyib.
Porche bildirib ki, atəş açılan vaxt parkda 100-dən çox insan olub.
Silahlı hücumla bağlı istintaqın davam etdiyi qeyd olunub.
Mənbə: A HABER
Solmaz Muradova