Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib

Tarix: 20:32 29.05.2025
Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının İdarə Heyətinə seçkilər keçirilib.
Bildirilib ki, səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq.