MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

Tarix: 16:26 30.05.2025
Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək.
“İnformator.az”ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş);
Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;
Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
“Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
“Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);