Zaqatalada ağır qəza-Ölən var

Tarix: 11:01 31.05.2025
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonunun Üçüncü Tala kəndi ərazisində VAZ-2106 və motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.