ABŞ-də yüz milyonlarla arı nəzarətdən çıxıb

Bölmə: Hadisə › ,
Tarix: 12:44 31.05.2025

 

ABŞ-nin Vaşinqton ştatında arı pətəkləri daşıyan yük maşınının aşması nəticəsində təxminən 250 milyon arı uçub.


"İnformator.az" xəbər verir ki, bu barədə Uotkom dairəsi şerif idarəsi sosial şəbəkələrdə məlumat yayıb
.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları ilə yanaşı, arı mütəxəssisləri də cəlb olunub. Yolun qəza baş verən hissəsi təhlükəsizlik məqsədilə müvəqqəti olaraq bağlanıb. Qeyd edilir ki, şerifin köməkçiləri və təcrübəli arıçıların iştirakı ilə həşəratların toplanması zamanı xilasedicilərdən bəziləri arı sancmasına məruz qalıblar.


Mütəxəssislər ümid edirlər ki, arılar 24-48 saat ərzində öz pətəklərinə qayıdacaqlar. Yük maşınının aşmasına nəyin səbəb olduğu hələlik məlum deyil.