"Miss Vorld 2025"in qalibi müəyyənləşib

Bölmə: Dünya › ,
Tarix: 22:11 31.05.2025

"Miss Vorld 2025" gözəllik müsabiqəsinin qalibi müəyyən olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi məlumat yayıb.

 

Məlumata görə, gözəllik yarışmasının finalında dünyanın müxtəlif ölkələrindən olan namizədlər iştirak edib. Sonda münsiflər heyətinin qərarı ilə Suchata Çuanqsri qalib seçilib və "Miss Vorld 2025" tacını qazanıb.

 

Qeyd edək ki, Suchata Çuanqsri Tailandın paytaxtı Banqkokda dünyaya gəlib və hazırda model kimi fəaliyyət göstərir.