“Kılıçdaroğlunun sözçüsü Erdem İmamoğlunun trolunu ifşa edib”

Bölmə: Dünya › ,
Tarix: 22:42 01.06.2025

CHP-də şübhəli qurultay və korrupsiya araşdırmalarına səbəb olan daxili qarşıdurmalarda yeni dövr. Kılıçdaroğlunun kadrı Eren Erdem Özgür Özel rəhbərliyinin Media Əlaqələri Sorumlusu Burhanəddin Bulutun trol hesabını ifşa edib.

 

Kamal Kılıçdaroğlunun uduzduğu, Özgür Özel isə qalib gəldiyi 2023-cü ildə Cümhuriyyət Xalq Partiyasının 38-ci Növbədənkənar Qurultayının ləğvi üçün açılan iddiada “qüsursuz” sayılacağı ilə bağlı şayiələr yayılmaqdadır. Buna görə də Özgür Özel dövrü bitəcək və Kamal Kılıçdaroğluna yenidən liderlik şansı veriləcək. İyunun 30-da Kılıçdaroğlunun məhkəmənin çıxaracağı qərarı qəbul edəcəyi ilə bağlı söz-söhbətlər Kılıçdaroğlunu partiya daxilində Özgür Özel/Əkrəm İmamoğlu ilə üz-üzə qoyur.

 

Kamal Kılıçdaroğlunun partiya başqanı olduğu dövrdə CHP-nin mətbuatdan məsul sədr müavini vəzifəsini icra edən Eren Erdem etdiyi paylaşımla İmamoğlu cəbhəsini zəif nöqtəsinə vurdu.

 

Eren Erdem CHP-nin İctimaiyyətlə Əlaqələr və Media Əlaqələri üzrə məsul sədr müavini və Adana millət vəkili Burhanəddin Bulutun saxta sosial media hesabı vasitəsilə qavrayış əməliyyatı keçirdiyini gündəmə gətirib.

 

Mənbə: HABER 7

Fatimə Şahverdiyeva