Kanalda çimərkən boğulub

Bölmə: Hadisə › ,
Tarix: 10:04 02.06.2025

Sabirabadda 16 yaşlı oğlan kanalda boğulub.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Əhmədabad kənd sakini Bayram Şahin oğlu Bilalov dünən saat 13 radələrində su kanalında çimərkən boğularaq ölüb.

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.