Zelenski təsdiqləyib -Nümayəndə heyəti İstanbula gedir

Bölmə: Dünya › ,
Tarix: 17:17 01.06.2025

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə teleqram kanalında məlumat verib.

 

“Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargah, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. İstanbulda bazar ertəsi baş tutacaq görüş öncəsi mövqelərimizi müəyyən etdim”, - deyə Zelenski bildirib.

 

Ukrayna lideri qeyd edib ki, danışıqlarda atəşkəs və əsirlərin azad edilməsi müzakirə olunacaq.

 

“Nümayəndə heyətimizə bazar ertəsi Rustem Umerov rəhbərlik edəcək”, - deyə Zelenski vurğulayıb.

 

Rusiya mətbuatı İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin yola düşdüyünü bildirib.

 

Xatırladaq ki, Moskva - Kiyev danışıqlarının birinci raundu mayın 16-17-də İstanbulda keçirilib.