Türkiyədə ard-arda zəlzələlər olub

Bölmə: Hadisə › ,
Tarix: 17:37 01.06.2025

Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda ardıcıl yeraltı təkanlar qeydə alınıb.

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki , bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

 

4.4 bal gücündəki ilk zəlzələ yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə saat 13:26-da - red.) baş verib.

 

Təqribən yarım saat sonra ikinci zəlzələ qeydə alınıb. Budəfəki zəlzələnin gücü 3.6 bal təşkil edib.