Fransa ordusuna qarşı mübarizə aparırıq - Tçiani

Bölmə: Dünya › ,
Tarix: 22:16 01.06.2025

Fransa hərbi kontingentinin Benin ərazisində olması səbəbindən Niger və Benin arasındakı sərhəd bağlı qalacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Niger Prezidenti Abdurahmane Tçiani deyib.

 

“Biz Beninlə sərhədi bağlı saxlamışıq və sərhəd bağlı qalacaq. Ölkəmiz Beninə qarşı deyil, onun ərazisində olan, bizə zərər verə biləcək və sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq”, - deyə o bildirib.