Bədavi Hüseynov Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Bölmə: İdman › ,
Tarix: 17:25 02.06.2025

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

 

"İnformator.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.


Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən "Skonto" stadionunda Latviya, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.