"Monaco"dan şok qərar

Tarix: 20:11 03.06.2025
"Turkish Airlines EuroLeague"də mövsümün uğurlu komandalarından biri olan "Monaco", Fransa Liqasında yoluna davam edərkən gözlənilməz bir qərar verib. Fransız klubu komandanın ən önəmli oyunçularından biri olan Mike James-in müddətsiz olaraq heyətdən kənarlaşdırıldığını açıqlayıb.
"Turkish Airlines EuroLeague"də ikinci yeri tutduqdan sonra Fransa Liqası pley-offlarında mübarizəsini davam etdirən "Monaco"da şok bir hadisə baş verib.
Fransız klubu komandanın ulduzu Mike James-in müddətsiz heyətdən kənarlaşdırıldığını bildirib. Qərarın səbəbi kimi klubun intizam qaydalarının pozulması göstərilib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə