Əhalinin artım tempimizi lazımi səviyyəyə çatdırmaq üçün addımlar atacağıq

Tarix: 23:27 02.06.2025
Bu ilin Türkiyədə “Ailə ili” elan edildiyini qeyd edən Ərdoğan müxtəlif tədbirlər, proqram və layihələrlə Ailə İlini mənasına və əhəmiyyətinə uyğun anlamağa çalışdıqlarını vurğulayıb. Prezident Ərdoğan 26 ölkədən nazirlərin iştirak etdiyi Beynəlxalq Ailə Forumunda bir çox dəyərli adlarla bir araya gəldiklərini ifadə edərək, bu qiymətləndirmələri edib:
"Ailəni prioritetləşdirən siyasətləri həyata keçirmək üçün təkcə bu ili deyil, qarşıdakı 10 ili də dəyərləndirəcəyik. Artan təhlükələr qarşısında ailə institutunu gücləndirmək, gənclərimizin ev-eşik qurmalarını asanlaşdırmaq, həyəcan təbili çalan əhali artım tempimizi lazımi səviyyəyə çatdırmaq üçün addımlar atacağıq. Gender neytrallaşdırma siyasəti ilə mübarizəmiz qlobal xarakter daşıyan qlobal siyasətlə davam edəcək".
TRT HABER
Səmayə Səftərova