Kembric Universitetində tələbələrdən Fələstinə dəstək aksiyası

Bölmə: Dünya › ,
Tarix: 15:10 03.06.2025

Böyük Britaniyanın Kembric Universitetində tələbələr İsraillə əməkdaşlığa etiraz olaraq palatka aksiyası keçiriblər. Onlar universitetin İsrail və ona silah təmin edən xarici şirkətlərlə maliyyə əlaqələrinin dayandırılmasını tələb ediblər.

 

Tələbələr ilk olaraq palatkaları Triniti Kollecinin ərazisində yerləşən məşhur “Nyuton ağacının” altında qurublar. Kollec rəhbərliyi ağacı taxta sipərlər və örtüklərlə əhatələyərək aksiyanı dayandırmağa çalışıb. Lakin tələbələr palatkaları Sent-Conz Kollecinin ərazisinə köçürüb aksiyanı davam etdiriblər.

 

Aksiya iştirakçıları üzlərini və adlarını gizli saxlayırlar.Tələbələrin bildirdiyinə görə, universitet İsrailin müdafiə sənayesi şirkəti olan “Elbit Systems”ə milyonlarla funt-sterlinq investisiya yatırır.

 

Tələbə Henkok Deyvis deyib:

 

“Triniti Kolleci bizi susdurmaq istəyir, amma gələn pullara görə məsuliyyət daşımır. Burada yaşayan insanlar da bu əlaqələrə qarşıdırlar. Kollec İsrailin həyata keçirdiyi qətliamı dolayısı ilə maliyyələşdirir”.

Deyvis Triniti Kollecindən maliyyə əlaqələrinə görə məsuliyyəti qəbul etməyi və bu əlaqələri dərhal kəsməyi tələb edib. O, həmçinin qeyd edib ki, King’s College tələbələrin müraciətindən sonra daxili araşdırma başladıb, lakin digər kolleclər hələ də susqunluq nümayiş etdirir.

 

Anadolu Agency

Ayan Əsgərova