BMT ABŞ-ni ICC hakimlərinə qarşı sanksiyaları geri götürməyə çağırıb

Tarix: 15:10 06.06.2025
BMT-nin insan haqları üzrə rəhbəri ABŞ hökumətindən cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) dörd hakiminə qarşı tətbiq etdiyi sanksiyaları geri götürməsini tələb edib.
Volker Türk açıqlamasında "hakimlərə qarşı hücumların" birbaşa "qanunun aliliyinə hörmət və qanunun bərabər şəkildə qorunması - ABŞ-nin çoxdan dayandığı dəyərlərə" zidd olduğunu bildirib.
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı günü İsrail və ABŞ-ni “qanunsuz” hədəfə aldığına görə sanksiyaları açıqlayıb.
Sanksiyalar BCM-nin Benyamin Netanyahu da daxil olmaqla İsrailin yüksək səviyyəli rəsmilərinin həbsinə orderlər verməsi və ABŞ-nin Əfqanıstanda iddia edilən hərbi cinayətləri ilə bağlı araşdırmasına cavabdır .
BBC
Nəzrin Məmmədova