Dünyanın qorxunc həbsxanaları

Bölmə: Maraqlı › ,
Tarix: 15:58 17.02.2016

“Terrorla mübarizənin Quantanamosu” - utancverici həbsxanalar arasında ABŞ-ın 11 sentyabr hücumlarından sonra qurduğu Quantanamonu ilk öncə saymaq lazımdır.

İnformator.az xəbər verir ki, o zamankı ABŞ prezidenti Corc W.Buş tərəfindən elan edilən “terrorla qlobal müharibə” çərçivəsində tutulan terror şübhəlilərinin gətirildiyi həbsxanaya ilk məhbuslar 11 yanvar 2002-ci ildə gətirilib.

ABŞ Müdafiə nazirliyi rəsmiləri 2003-cü ildə həbsxanaya təxminən 680 şübhəlini göndərdiyi halda, bu rəqəm zamanla 800-ə çatıb. Həbsxananın ABŞ-dan başqa Kubada da olması məhbusların ABŞ qanunlarına müraciət etməsinə əngəl olub. Xüsusi ilə boğulma hissi yaratmaq, yuxusuz saxlamaq kimi istintaq formalarından istifadə formalarının ABŞ Senatının da hesabatları ilə müəyyən edilməsi, həm ABŞ-da, həm də beynəlxalq ictimaiyyətdə həbsxananın “ABŞ-ın utanc qaynağı və üz qarası” olaraq adlandırılmasına səbəb oldu.

pentaqonun məlumatlarına görə, həbsxanada hazırda 104 məhbus var. Buna rəğmən Obama ötən il noyabrda Quantanamonun bağlanmasını əngəlləyən hökmlərin də olduğu 2016-cı ili Milli müdafiə icazə layihəsini imzalayıb.



Üzən həbsxanalar – ABŞ-ın gizli həbsxanaları ilə yanaşı ABŞ kəsfiyyatının “USS Bataan” və “USS Peleliu” kimi təyyarə gəmilərini üzən həbsxana olaraq istifadə etdiyi dünya mətbuatının danışdığı iddialardan biridir. Üzən həbsxanaların hansı ölkələrin sularında olduqları məlum deyil. İddialara görə, işgəncə gəmilərinin sayı ən azı 17-dir.



İnkişaf etdirilmiş sorğu texnikası – İngiltərənin Hindistanın 1 600 km cənubunda olan Dieqo Qarsia adası böyük bir həbsxanaya çevrilib. Ada Qunatanamo həbsxanasının oxşarıdır. ABŞ və İngiltərəinin inkişaf etmiş sorğu texnikasından burda da istifadə edildiyi hesab edilir. Həbsxanaya aid qanuni bir qeydiyyat olmadığı üçün dəqiq məlumatlar əldə etmək olduqca çətindir. Adada yüzlərlə məhbusun istintaqa cəlb edildiyi, hətta bəzilərinin tamamilə yoxa çıxdığı ifadə edilir.



Günahsızlarla “əyləndikləri” cəhənnəm – Şübhəsiz ABŞ-ın İraq işğalının simvolu Əbu Qureyb həbsxanası idi. Ortaya çıxan şəkillərdə Əbu Qureybdə ABŞ əsgərlərinin işgəncə verdikləri, hətta öldürdükləri məhbuslarla “əyləndikləri” görünürdü. Tam rəqəmləri əldə etmək mümkün olmasa da minlərlə məhkumun aylarla müxtəlif işgəncəyə məruz qaldığı, yüzlərləsinin bu səbəblə öldüyü təxmin edilir.



Əbu Qureybdə neçə nəfərin saxlandığı, onların kimliyi və həbs olunmaqlarının əsl səbəbi əsla doğru formada öyrənilməyib. 2014-cü ildə isə İraq rəhbərliyi həbsxananın bağlandığını bildirdi. Dünya bu həbsxananın adını hələ də insanlıqdan kənar hərəkətlər və işgəncələrlə xatırlayır.

İŞİD-in əsası Bukka – Bukka düşərgəsi ABŞ-ın İraqdakı gizli həbsxanalrından biridir. İraqda qurulan əsir düşərgəsinin adı qadın əsgərin əsirləri necə vurub öldürdüklərini ictimaiyyətə açıqlaması ilə məlum olmuşdu. İllər sonra İŞİD-in lideri Bağdadinin terror təşkilatını bu düşərgədə qurduğu ortaya çıxdı. İngiltərə qəzetlərinə açıqlama verən Əbu Əhməd ləqəbli bir İŞİD komandiri təşkilatın əsasının Bukka həbsxanasında atıldığını və o günlərdə tanış olduğu Bağdadinin “qaranlıq” bir fiqur olduğunu demişdi.



İttiham yox, işgəncə var – ABŞ-ın Əfqanıstanda qurduğu Baqram hava bazası həbsxana kimi istifadə edilib. Yüzlərlə insan haqqında cinayət işi olmadan burada işgəncəyə məruz qaldığı hesab edilir. Baqramdakı ABŞ rəhbərliyi buradakı məhbusların kimliyini açıqlamağı rədd edir. Ötən il həbsxana tamamilə əfqanlara verilib.



Çox əhəmiyyətli məhbuslar Polşaya – ABŞ kəşfiyyatı ABŞ-ın işğal etdiyi torpaqlarda deyil, Ruminya, Polşa və Litva kimi Şərqi Avropa ölkələrində də gizli həbsxanalar açıb. Mətbuata sızan hesabatlarda Polşaya gətirilənlərin “çox əhəmiyyətli məhbuslar” olaraq qeyd edilir. Polşa uzun müddət bu vəziyyəti rədd edib, ABŞ-a sadəcə hərbi baza təmin etdiyini deyir.



Çeçenistanda ölənə qədər döyürlər – Çeçenistanda saysız gizli həbsxanaların olduğu təxmin edilir. Rusiyalı jurnalist Anna Politovskayaya görə, Çeçenistanda hər gün bir vətəndaş və ya tərəfdaşı ölənə qədər döyülür, gizli həbsxanalrda insanlara işgəncə verilir. Hətta bəzi mərkəzlərin silah sınaqdan keçirmə labaratoriyası olaraq istifadə edildiyi iddia edilir.



Qartal görünüşlü kərkəs – ABŞ-ın hərbi baza olaraq istifadə etdiyi Bosniyanın Tuzla ərazisindəki Qartal bazası eyni zamanda gizli həbsxana kimi də istifadə edilib. 2001-ci ildən bu günə kimi ən azı 8 əsirin saxlanıldığı hesab edilir. Məhbusların aqibəti haqqında isə dəqiq məlumat yoxdur.



Alkatraz – Alkatraz adasını həbsxanaya çevirənlər buradan qaçmağın qeyri-mümkün olduğunu düşünürdü. Buna görə də ən qorxulu cinayətkarlar burada saxlanılıb. İndi turistik məkan olan Alkatrazda hamısı iflasa uğrayan 14 qaçış planı olub, yalnız biri uğurla sonlanıb. 1962-ci ildə qaçan 3 nəfəri tutulmaması və yüksək maliyyə həbsxananın bağlanmasına səbəb oldu. Alkatraz indi gündə 10 min ziyarətçisi olan turizm mərkəzidir.



1962-ci ilin iyun ayında sahildən 2 km uzaqda Alkatraz həbsxanasının azğın cinayətkarları Frank Morris və iki qardaş Klarens və Con Anqlin bir neçə gün sonra həyata keçirəcəyi qaçış planını gözfdən keçirirdi. 11 iyun gecə 3 cinayətkar kameralarda açdıqları dəliklə dama çıxıb isitmə borularından aşağı enərək qayalıqlara çatır. Yağış gödəkçələrindən düzəltdikləri qayıqlarla suya düşdülər və  bir daha görülməmədilər.

Qaçılması mümkün olmayan həbsxanadan 3 məhkumun qaçması bir çox filmin mövzusu olub.



Morrisin kamerasında olan başın yandan görüntüsü. Gipsdən hazırlanan baş dəri rənginə boyanıb və saç əlavə edilib. Baş ilk tapılanda burnu qırıq olmayıb. Amma nəzarətçi yatdığını düşündüyü Morrisi dəmir barmaqlıqlar arasından toxunmaq istəyəndə baş yataqdan yerə düşür və burnu qırılır.



Klarens Anqlinin kamerasında çəkilən şəkildə cansız oyuncağın nəzarətçiləri aldatmaq üçün necə yerləşdirildiyi göstərilir.