Ukrayna Prezidenti Zelenskiydən atəşkəs çağırışı: Tarix verib

Bölmə: Dünya › ,
Tarix: 17:47 04.06.2025

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü verdiyi açıqlamada, Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil olunana qədər atəşkəs elan edilməsini təklif edib.


“Mənim təklifim — və düşünürəm ki, bu, tərəfdaşlarımız tərəfindən də dəstəklənə bilər — ruslara liderlər görüşənə qədər atəşkəs təklif etməyimizdir,” – deyə Zelenski Kyivdə keçirdiyi mətbuat konfransında bildirib.


2 iyun tarixində İstanbulda keçirilən sülh danışıqları, Ukrayna ilə Rusiya arasında üç ildir davam edən müharibəyə son qoymaq məqsədi daşıyan son təşəbbüslərdən biri olub. Görüşlər zamanı tərəflər yalnız müxtəlif təklifləri müzakirə ediblər və genişmiqyaslı əsir mübadiləsi planı üzərində razılığa gəliblər.


Zelenski bu mübadilənin həftəsonu həyata keçiriləcəyini bildirib.


Mənbə: A HABER
Solmaz Muradova