Tramp polad və alüminium rüsumlarını 50%-dək yüksəldir

Tarix: 17:56 04.06.2025
ABŞ Prezidenti Donald Tramp, polad və alüminium idxalına tətbiq olunan 25 faizlik gömrük rüsumunun 50 faizə qaldırılmasına dair fərmanı imzalayıb.
Fərmanda qeyd olunur ki, ABŞ-nin polad və alüminium idxalı ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaradacaq səviyyə və şəraitdədir.
Polad və alüminiuma qarşı əvvəllər tətbiq edilən 25 faizlik tarif xatırladılan sənəddə, bu tədbirin müəyyən yaxşılaşmalar gətirməsinə baxmayaraq, sektorun istehsal gücünü dayanıqlı səviyyədə saxlamasına kifayət etmədiyi vurğulanıb.
Buna görə də fərmanda bildirilir ki, polad və alüminium məhsulları ilə onların törəmələrinə tətbiq olunan gömrük rüsumu 25 faizdən 50 faizə qaldırılıb. Tariflərin yerli vaxtla 4 iyun saat 00:01-dən etibarən qüvvəyə minəcəyi qeyd olunub.
Bundan başqa, ötən ay Birləşmiş Krallıqla imzalanan ticarət sazişi çərçivəsində bu ölkəyə istisna tətbiq edildiyi və həmin məhsullara tətbiq edilən gömrük rüsumlarının 25 faiz səviyyəsində saxlanılacağı bildirilib. Həmçinin bu vəziyyətin 9 iyuldan sonra yenidən nəzərdən keçiriləcəyi əlavə olunub.
Mənbə: TRT HABER
Solmaz Muradova