Elon Mask Trampı hədəf alıb

Bölmə: Dünya › ,
Tarix: 18:02 04.06.2025

 

Milyarder iş adamı Elon Mask, ABŞ prezidenti Donald Trampın vergi və xərcləmə qanun layihəsini sərt sözlərlə tənqid edib. Mask: “Artıq buna dözə bilmirəm. Bu nəhəng, ağılasığmaz, talanla dolu Konqresin xərcləmə qanun layihəsi iyrənc bir biabırçılıqdır. Buna səs verənlərə yazıq olsun”, – deyib. Maskın bu açıqlamalarının Trampa qarşı çıxmağa başlayan bəzi maliyyə baxımından mühafizəkar Respublikaçı senatorları cəsarətləndirə biləcəyi bildirilir.

 

Maskın bu mövqeyi, hazırda Konqresdə “böyük, gözəl bir qanun layihəsi” adlandırılan sənəd üzrə aparılan kritik danışıqları davam etdirən bəzi maliyyə mühafizəkarı Respublikaçı senatorları daha da cəsarətləndirə bilər.

 

Mask X sosial media platformasında belə yazıb: “Bağışlayın, amma artıq buna dözə bilmirəm. Bu nəhəng, ağılasığmaz, talanla dolu Konqresin xərcləmə qanun layihəsi iyrənc bir biabırçılıqdır. Buna səs verənlərə yazıq olsun: Səhv etdiyinizi bilirsiniz. Bilirsiniz. Bu qanun layihəsi, artıq kifayət qədər böyük olan büdcə kəsirini 2,5 trilyon dollara yüksəldəcək və Amerika vətəndaşlarını dözülməz dərəcədə davamlı olmayan borc yükü altına salacaq".

 

Keçən ilki seçki kampaniyasında Trampa əhəmiyyətli ianələr edən Mask, keçən həftə Ağ Evdəki vəzifəsindən istefa verib. Mask, dələduzluq və israfın qarşısını almaq məqsədilə yaradılmış “Hökumət Səmərəliliyi Departamenti” (Doge) adlı bölmənin rəhbəri idi. O bildirib ki, Respublikaçıların hazırladığı bu qanun layihəsi Doge-un səylərini baltalayacaq və ABŞ-ni daha da böyük borca salacaq.

 

Haberler.com

Aygün Babayeva