"Coco Gauff" yarımfinala yüksəlib

Tarix: 19:37 04.06.2025
Mövsümün ikinci "grand slam" tennis turniri olan "Fransa Açıq"da ("Roland Garros") ABŞ-lı "Coco Gauff", həmyerlisi "Madison Keys"i 2-1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Fransanın paytaxtı Parisdə keçirilən turnirin 11-ci günündə qadınların tək kateqoriyasında baş tutan dörddəbir final qarşılaşmasında 2 nömrəli seribaşı "Gauff" ilə 7 nömrəli seribaşı "Keys" üz-üzə gəlib.
2023-cü il "ABŞ Açıq" çempionu "Gauff", iki saat 11 dəqiqə davam edən mübarizədə rəqibini 6-7, 6-4 və 6-1 hesabı ilə bitən setlərlə 2-1 məğlub edərək yarımfinala adlayıb.
"Gauff" yarımfinalda "Mirra Andreeva"-"Lois Boisson" cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə: TRT haber
Nigar Həsənzadə