Putin Bryansk və Kursk vilayətlərində qatarın partladılmasını terror aktı adlandırıb

Bölmə: Dünya › ,
Tarix: 20:00 04.06.2025

Bryansk və Kursk vilayətlərində qatarların partladılması, şübhəsiz ki, terror aktıdır.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə deyib.

 

O, bu cinayətləri mülki şəxslərə qarşı məqsədyönlü hücum adlandırıb.

 

“Əlbəttə, hər yerdə və həmişə, silahlı münaqişələr zamanı, çox təəssüf ki, mülki əhali əziyyət çəkir. Lakin Bryansk vilayətində, Bryanskda baş verənlər mülki şəxslərə qarşı məqsədyönlü hücum idi”, - Rusiya dövlət başçısı söyləyib.

 

Putin vurğulayıb ki, bütün beynəlxalq normalara görə belə hərəkətlər terror aktı adlanır.