İkinci Dünya Müharibəsindən qalma partlamamış bombalar aşkar edilib

Tarix: 20:07 04.06.2025
Qərbi Almaniyada yerləşən Köln şəhəri, İkinci Dünya Müharibəsindən bəri ən böyük təxliyəsini həyata keçirir. Səbəb isə üç partlamamış ABŞ bombasının tapılmasıdır.
Çərşənbə günü səhər saatlarında səlahiyyətlilər təxminən 20.500 sakini, işçini və otel qonaqlarını, bombaların ətrafında 1000 metrlik radiusda yerləşən mərkəzi ərazidən təxliyə etməyə başlayıblar. Bombalar bazar ertəsi günü yol tikintisi üçün aparılan hazırlıq işləri zamanı Reyn çayının qarşı sahilində, Kölnün tarixi mərkəzinə yaxın yerləşən Deutz rayonunda tapılıb. Belə bombaların zərərsizləşdirilməsi bəzən çərşənbə günü baş verən kimi genişmiqyaslı ehtiyat tədbirləri ilə müşayiət olunan təxliyələri tələb edir. Şəhər bu əməliyyatı “İkinci Dünya Müharibəsindən bəri ən böyük əməliyyat” adlandırıb. Təxliyə edilənlər sərgi zallarında və kollec binalarında yerləşdirilən sığınacaqlara yönləndirilib, həmin ərazidəki ofis işçilərinə isə səhər saat 8-dən əvvəl ofislərini tərk etmələri və ya ümumiyyətlə bu ərazidən uzaq durmaları tövsiyə edilib.Şəhər rəhbərliyi evlərini tərk etməkdən imtina edən sakinlərin böyük cərimələrlə üzləşə biləcəyini bildirib.
Evronews
Billurə Quliyeva