Qəzzada humanitar böhran dərinləşir

Tarix: 20:10 04.06.2025
Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 95 fələstinli həlak olub, 440 nəfər isə yaralanıb.
Bölgədə humanitar vəziyyət getdikcə daha da ağırlaşarkən, İsrail ordusu aclıq içində olan fələstinliləri ABŞ-nin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) tərəfindən idarə olunan yardım paylama məntəqələrinə yaxınlaşmamağa çağırıb. Məlumata görə, bu məntəqələr “təmir, yenidən təşkiletmə və səmərəliliyin artırılması” məqsədilə bir günlük fəaliyyətini dayandıracaq. Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qəzzaya atəşkəs və humanitar yardımın təmin edilməsinə dair qətnamə layihəsini səsverməyə çıxarmağa hazırlaşır. Lakin bu təşəbbüsü ABŞ-nin veto edəcəyi gözlənilir. Qəzzadakı Səhiyyə Nazirliyinin ümumi məlumatına əsasən, İsrailin bölgədə apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 54,607 fələstinli həyatını itirib, 125,341 nəfər isə yaralanıb.
Al jazeera
Selcan Əhmədli