Lisey və gimnaziyalara imtahan vaxtı açıqlanıb

Bölmə: Sosial › ,
Tarix: 11:26 05.06.2025

Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – https://sy.edu.az vasitəsilə aparılacaq.

 

Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

 

Qəbul prosesi həyata keçirilən müəssisələr ilə tanış ola bilərsiniz:

 

Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;

Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;

Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;

 Bakı şəhəri, Texniki humanitar lisey;

Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;

Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;

Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;

Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;

Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

Sumqayıt şəhər, “Təfəkkür” liseyi;

Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;

Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;

 

Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey; İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;

Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

 Naxçıvan şəhər, Qızlar liseyi;

 Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;

Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

 Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;

Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;

Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;

Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;

 Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;

Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;

Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

 Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;

Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;

Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;

Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.

 

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:

 

Lisey və gimnaziyalara qəbul qaydaları

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:

 

25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə qəbul

 

26 iyun 2025-ci il – 6-cı siniflərə qəbul

 

27 iyun 2025-ci il – 5-ci siniflərə qəbul