Çörək paylanan avtomobillə narkotik dövriyyəsi təşkil edən şəxs tutulub

Tarix: 16:08 05.06.2025
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
“İnformator.az” DİN Mətbuat Xidmətinin verdiyi məlumata əsasən bildirir ki, Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub.
Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.
B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.