Mirzoyan: "ABŞ hərbçilərinin Ermənistan sərhədində olması müzakirə mövzusu deyil"

Tarix: 16:19 05.06.2025
"ABŞ-nin gömrük və sərhəd nəzarəti üzrə mütəxəssisləri hələ də Ermənistana gəlməyiblər".
“İnformator.az”ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü il dövlət büdcəsinin icrasına dair parlamentdə çıxışı zamanı danışıb.
Nazir qeyd edib ki, amerikalıların səfəri sadəcə əməkdaşlığın bir hissəsidir və məqsəd Ermənistanın sərhəd nəzarəti imkanlarını genişləndirməkdir.
"Sərhəddə ABŞ sərhədçilərinin iştirakı məsələsi müzakirə olunmur və belə bir plan yoxdur", - deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ mütəxəssislərinin Ermənistana səfəri bu ilin əvvəlində İrəvan və Vaşinqton arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasına uyğun planlaşdırılıb.