Ukraynanın vurduğu təyyarələr üçün Rusiyadan qərar: Təmir olunacaq

Bölmə: Dünya › ,
Tarix: 16:20 05.06.2025

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynanın həftəsonu keçirdiyi hücum nəticəsində Rusiya hərbi təyyarələri zərər görüb və bu təyyarələr təmir olunacaq.


Rusiyanın TASS xəbər agentliyinə müsahibə verən Ryabkov, Ukraynanın 1 iyun tarixində pilotsuz uçuş aparatları ilə Rusiya hərbi hava limanlarına endirdiyi hücumla bağlı açıqlama verib.


Ryabkov hücum zamanı vurulan Rusiya təyyarələrinin məhv edilmədiyini qeyd edərək, “Bu vasitələr məhv edilməyib, sadəcə zərər görüblər. Onlar təmir olunacaq,” – deyə bildirib.


O, Kiyevin hücumla bağlı verdiyi açıqlamaların ziddiyyətli olduğunu da vurğulayıb.


Ryabkov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin dünən ABŞ Prezidenti Donald Trampla telefonla danışıb və bu məsələyə toxunulub. Telefon danışığından əvvəl isə Rusiya ABŞ-dan hücuma reaksiya verməsini tələb edib.


Mənbə: A HABER
Solmaz Muradova