Şimali Koreya lideri Kim Rusiyaya qeyd-şərtsiz dəstək verəcəyini vəd edib

Bölmə: Dünya › ,
Tarix: 17:18 05.06.2025

Şimali Koreya lideri Kim Jong-un Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.

 

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana səfəri ilə bağlı açıqlama verib.

 

Bəyanatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.

 

Görüş zamanı Kim bildirib ki, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcək.

Şimali Koreya lideri Kim dünən Pxenyanda Şoyqunu qəbul edib.

 

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən açıqlamada tərəflərin Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq məsələləri də müzakirə etdiyi bildirilib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli