"Ukraynanın PUA hücumuna cavab verməliyəm"-Putindən Trampa

Bölmə: Dünya › ,
Tarix: 17:40 05.06.2025

 

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Putin, son günlər Ukraynanın Rusiya bombardman təyyarələrinə etdiyi hücumu xatırladaraq Trampa "Buna cavab verməliyəm" dediyini bildirib. Tramp isə açıqlamasında, “Görüş yaxşı keçdi, amma bu dərhal sülhə səbəb olmayacaq” ifadəsini işlədib.

 

ABŞ Prezidenti Tramp Truth Social hesabında verdiyi açıqlamada, Rusiya Prezidenti Putinlə 1 saat 15 dəqiqə davam edən “çox yaxşı” bir görüş keçirdiklərini qeyd edib.

 

Trampın sözlərinə görə, Putin İranla keçiriləcək nüvə danışıqlarında iştirak edə biləcəyini və bu prosesin sürətlə nəticələnməsinə kömək edə biləcəyini deyib. Tramp əlavə edib: “Mənim fikrimcə, İran bu mühüm məsələ ilə bağlı qərarını ləngidir və çox qısa müddətdə dəqiq bir cavab almağımız vacibdir".

 

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Telegram hesabında verilən açıqlamada bildirilib ki, Rusiyanın müxtəlif hərbi hava limanlarına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlarda strateji qanadlı raket daşıyan döyüş təyyarələrinin 34 faizinin vurulduğu iddia olunur.

 

SBU tərəfindən “Pavutini” (Tor) adlı “xüsusi əməliyyat” keçirildiyi qeyd edilən açıqlamada, Rusiyanın strateji aviasiyasına 7 milyard dollar ziyan dəydiyi təxmin edilir.

 

Haberler.com

Aygün Babayeva