Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

Tarix: 17:45 05.06.2025
ABŞ Prezidenti Donald Tramp Əfqanıstan, Myanma, Çad, Demokratik Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişini tamamilə qadağan edib. Prezident fərmanında 7 ölkənin vətəndaşlarına da məhdudiyyətlər tətbiq olunub.
Donald Tramp prezident fərmanı ilə Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının da ABŞ-yə girişinə məhdudiyyətlər qoyub. Trampın fərmanı qüvvədə olan vizası olanlara və ABŞ-də daimi yaşayış icazəsi olan şəxslərə şamil olunmur.
Tramp ilk prezidentlik dövründə, 2017-ci ildə də oxşar bir qərar qəbul edib və İran, İraq, Liviya, Suriya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə girişini qadağan edilib. Daha sonra bu siyahıya Şimali Koreya, Venesuela və Çad da daxil edilib. Ali Məhkəmə 2018-ci ildə bu qadağanın ABŞ Konstitusiyasına uyğun olduğuna qərar verilib.
Haberler.com
Aygün Babayeva