Tramp: “Si Cinpinlə razılaşmaq çox çətindir"

Bölmə: Dünya › ,
Tarix: 18:30 05.06.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin “son dərəcə sərtdir və razılaşmaq çox çətindir”. Bu açıqlama, iki ölkə arasında ticarət gərginliyinin yenidən artdığı bir vaxtda verilib.

 

Si-ni xoşlayıram və həmişə də xoşlayacağam, amma o ÇOX SƏRTDİR!” – Tramp Truth Social platformasında yazıb.

 

ABŞ və Çin bir ay əvvəl Cenevrədə 90 günlük tarif atəşkəsi razılaşması əldə etdi. Lakin Tramp sonradan Çini bu razılaşmanı “pozmaqda” ittiham edib. Çin isə bu iddianı rədd edərək, ABŞ-ni razılaşmanı “ciddi şəkildə pozmaqda” günahlandırıb.

 

Tramp və Si arasında planlaşdırılan telefon danışığı hələ baş tutmayıb. Ağ Ev bu danışığın “tezliklə” olacağını bildirsə də, Çin Xarici İşlər Nazirliyi bununla bağlı məlumat verməyib. İki liderin son dəfə Trampın yanvar andiçməsindən əvvəl danışdığı bildirilir.

Trampın bu açıqlaması, onun keçən həftə yazdığı daha sərt bəyanatdan fərqli olaraq, nisbətən yumşaq tonda olub.

 

CNN news

Ayan Əsgərova