Zambiyanın keçmiş prezidenti Lunqu 68 yaşında vəfat edib

Bölmə: Dünya › ,
Tarix: 18:37 05.06.2025

 

Zambiyanın keçmiş prezidenti Edqar Lunqu 68 yaşında vəfat edib, partiyasının bəyanatında deyilir.

 

Vətənpərvər Cəbhə (PF) əlavə edib ki, o, açıqlanmayan bir xəstəlik üçün "Cənubi Afrikada xüsusi müalicə alırdı".

 

Lunqu 2015-ci ildən altı il Zambiyaya rəhbərlik edib, 2021-ci il seçkilərində indiki prezident Hakainde Hiçilemaya böyük fərqlə uduzub.

 

Bu məğlubiyyətdən sonra siyasətdən geri çəkilib, lakin sonradan mübarizəyə qayıdıb. Onun yenidən prezidentlik uğrunda mübarizə aparmaq ambisiyaları var idi, lakin keçən ilin sonunda Konstitusiya Məhkəməsi onun qanunla icazə verilən maksimum iki müddətə artıq xidmət etdiyini bildirərək namizədliyini irəli sürməyi qadağan edib.

 

BBC 

Nəzrin Məmmədova