Kim Çen İn Rusiyaya qeyd-şərtsiz dəstək verib

Tarix: 19:03 05.06.2025
Şimali Koreya lideri Kim Çen In Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini açıqlayıb.
Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının dövlət katibi Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. Səfər çərçivəsində tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.
Görüş zamanı Kim Çen In Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, beynəlxalq səviyyədəki bütün mühüm siyasi məsələlərdə Rusiyanı tam dəstəkləyəcəyini vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, tərəflər həmçinin ikitərəfli əməkdaşlıq və beynəlxalq gündəmdəki aktual mövzuları müzakirə ediblər.
TRT haber
Mahmudlu Ləman