Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Tarix: 19:05 05.06.2025
Türkiyə 2026–2028-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib. Bu barədə BMT-dəki daimi nümayəndə Əhməd Yıldız sosial media hesabında məlumat verib.
Yıldız, Türkiyəyə dəstək verən ölkələrə təşəkkür edib, digər seçilən dövlətləri təbrik edib və “Qlobal inkişaf gündəmini irəli aparmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik” deyə bildirib.
Səsvermə nəticələrinə görə, “Qərbi Avropa və digər ölkələr” qrupundan 174 səslə Türkiyə ilə yanaşı Avstraliya, Finlandiya və Norveç də ECOSOC-a üzv seçilib.
Ümumilikdə ECOSOC-a Afrikadan 4, Asiya-Sakit okean regionundan 4, Şərqi Avropadan 3, Latın Amerikası və Karib hövzəsindən isə 3 ölkə seçilib.
Yeni üzvlər 2026-cı il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
TRT haber
Mahmudlu Ləman