Kayseridə KKKA xəstəliyindən müalicə alan şəxs həyatını itirib

Tarix: 20:54 05.06.2025
Şıhbarak məhəlləsində yaşayan 30 yaşlı fermer H.M.E-nin bədəninə kənə yapışıb.
Özünü pis hiss edən fermer Erciyes Universiteti Tibb Fakültəsinin xəstəxanasına aparılıb.
Qanamalı qızdırma (KKKA) xəstəliyindən şübhə edilərək müalicəyə alınan H.M.E. həkimlərin müdaxiləsinə baxmayaraq xilas edilə bilməyib.
Digər tərəfdən, bir müddət əvvəl nişanlanan H.M.E-nin Qurban bayramından sonra toy etməyi planlaşdırdığı məlum olub.
TRT Xəbər
Xəlilli Nigar