Sülh diplomatiyası: Nazir Gülər ukraynalı həmkarı ilə görüşür

Tarix: 21:02 05.06.2025
Milli müdafiə naziri Yaşar Gülər Brüsseldə Ukraynanın müdafiə naziri ilə görüşüb. NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən mühüm toplantı ilə bağlı təfərrüatlar paylaşılıb.
Milli Müdafiə naziri Yaşar Gülər Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında iştirak edib və burada Ukrayna müdafiə naziri Rustem Umerov ilə görüşüb. Görüş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizlik məsələlərində mühüm addım hesab olunur.
Milli Müdafiə Nazirliyi sosial media hesablarında nazir Gülərin bu mühüm toplantı keçirdiyini açıqlayıb. Görüşün məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, iki nazirin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirməyi hədəflədikləri bildirilir.
CNN Türk
Əminə Əliyeva