Son 20 ildə okeanların beşdə birindən çoxu qaralıb

Tarix: 22:26 05.06.2025
“Okeanların qaralması” kimi tanınan bu proses suyun ən yuxarı təbəqəsindəki fiziki dəyişikliklər işığın daxil olmasını çətinləşdirdiyi zaman baş verir.
“Fotik zona” adlanan bu üst təbəqədə bütün dəniz canlılarının 90 faizi yaşayır.
“Global Change Biology” jurnalında dərc olunan araşdırmaya görə, 2003-2022-ci illər arasında okeanların 21 faizi qaralıb.
Bəs okeanlar niyə qaralır?
Tədqiqat müxtəlif səbəblərdən okeanın qaralmasını izah edir. Amil kimi dəniz səthinin temperaturunun dəyişməsi və planktonun çiçəklənmə dinamikasının dəyişməsi göstərilir.
Qaralma adətən qida ilə zəngin suyun səthə çıxdığı sahilyanı ərazilərdə müşahidə olunur. Sahil əraziləri də plankton çiçəklərini qidalandıran yağış suyu, kənd təsərrüfatı axını və çöküntü alır.
BBC news
Fatimə Şahverdiyeva