Tramp ilə Maskın dostluğu bitmək üzrədir?

Tarix: 15:15 06.06.2025
ABŞ-nin prezidenti Donald Tramp ilə Elon Mask arasında gərginlik artır və qarşılıqlı ittihamlarla alovlanır. Tramp, Maskın vergi endirimi ilə bağlı qanun layihəsini tənqid etməsindən məyus olduğunu bildirərkən, Mask Trampın seçkiləri onun dəstəyi sayəsində qazandığını deyib və Trampın bu münasibətinin nankorluq olduğunu vurğulayıb.
Mask sosial media platforması X-də paylaşım edərək iddia edib ki, Trampın adı Ceffri Epstaynla bağlı sənədlərdə keçir və məhz buna görə həmin sənədlər ictimaiyyətə açıqlanmır. Bu iddialar Trampın daha əvvəl Epstaynla olan münasibətini inkar etməsi ilə ziddiyyət təşkil edir. Tramp bildirib ki, Epstaynın adasına heç vaxt getməyib və onunla əlaqəsini illər əvvəl kəsib.
Mübahisələrin ardından Tesla-nın səhmləri təxminən 10% dəyər itirib. Bundan əlavə, Trampın müşavirləri Elon Maskın hökumətlə olan müqavilələrinin ləğv edilməsini və onun immiqrasiya statusunun yenidən araşdırılmasını təklif ediblər.
Tramp və Mask arasındakı bu qarşıdurma həm siyasi, həm də iqtisadi sahədə ciddi əks-səda doğurmaqda davam edir.
Mənbə: HABER GLOBAL
Solmaz Muradova